“Paşinyan dərhal getməlidir, məğlub lider danışıqlar apara bilməz” - Melkumyan

 “Paşinyan dərhal getməlidir, məğlub lider danışıqlar apara bilməz” -  Melkumyan
  17 Noyabr 2020    Oxunub:2483
Ermənistan xalqının ləyaqəti hər yerdə tapdandı. Nikol Paşinyana belə bir haqqı kim verib?
Azvision.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mikael Melkumyan parlamentin iclasında deyib.

Deputat bildirib ki, baş nazir ölkəyə rəhbərlik edə bilmirsə, dərhal vəzifədən getməlidir: “Niyə bu qədər qurban olmalıdır? Sizin başa düşməyiniz üçün belə çox insan ölməli idi? Zöhrab Mnatsakanyandan sonra istefa verməli olan məmurlar varmı? Nikol Paşinyan, dərhal getməlisiniz, çünki ölkənin məğlub olan lideri danışıqlar apara bilməz. Yeni danışıqlar üçün yeni bir hökumətə ehtiyac var”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  



Xəbər lenti