Lavrov ABŞ-ın Qarabağ iddialarına cavab verdi

 Lavrov ABŞ-ın Qarabağ iddialarına cavab verdi
  17 Noyabr 2020    Oxunub:2238
ABŞ Dövlət Departamentinin Qarabağ razılaşmasının təfərrüatları barədə məlumat verilməsinin vacibliyi haqqında bəyanatını eşitmək qəribədir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, detallar diplomatik kanallarla Vaşinqtona və Parisə çatdırılıb.

“Mənim üçün bunu eşitmək qəribə idi. Düzü, bu cür bəyanatlar onları yayanın ya kifayət qədər məlumatlı olmadığını əks etdirir, ya da sadəcə olaraq anlaşılmazlığın nəticəsidir”.

Lavrov ABŞ tərəfinin dövlət katibinin müavini səviyyəsində məlumatlandırıldığını deyib. Onun sözlərinə görə, Qarabağ mövzusu iki dəfə Rusiya və Fransa prezidentləri ilə müzakirə olunub: "Bir saata yaxın fransalı həmkarımla müzakirə aparmışam”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti