DSMF-nin Qubadlı şöbəsi ləğv edilməyib - RƏSMİ
"Kadr islahatları ilə bağlı vəzifə təlimatlarına, mövcud fəaliyyət tələblərinə uyğun gəlməyən və ali təhsili olmayan bəzi əməkdaşların əmək müqaviləsinə xitam verilib. Bu məsələdə şəhid ailəsi, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, Qarabağ müharibəsi iştirakçıları, eləcə də sosial müdafiəyə ehtiyacı olan şəxslərin işdən çıxarılması həqiqətəuyğun deyil.
Qeyd edək ki, strukturlaşma və islahatlarla bağlı müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq analıq məzuniyyətində olan, şəhid ailəsinin, səfərbərliyə cəlb olunan vətəndaşların ailə üzvlərinin, qaçqınlar, məcburi köçkünlər, sosial müdafiəyə ehtiyacı olan əməkdaşların əmək müqaviləsinin müddəti avtomatik olaraq yenilənəcək.
Həmçinin qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun yaxın zamanlarda işğaldan azad edilmiş torpaqlarımızda fəaliyyət göstərəcək regional idarələri yaradılacaq və məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra həmin idarələrdə işlə təmin ediləcəklər".
Azvision.az