Artsrun Ovannisyana hücum edildi

 Artsrun Ovannisyana hücum edildi
  17 Noyabr 2020    Oxunub:1471
Ermənistanın müdafiə nazirliyinin nümayəndəsi olmuş Artsrun Ovannisyana hücum edilib.
Azvision.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

Ovannisyan 9 noyabrdan bəri təhdidlər aldığını, lakin onlara cavab vermədiyini və polisə müraciət etmədiyini bildirib.

"Dünən gecə iki nəfər mənə hücum etdi, onlara cavab verə bildim. Heç kimdən qorxmuram və heç kimi özümə düşmən hesab etmirəm. Lakin ölüm təhdidləri aldığım və məni izlədikləri üçün polisə müraciət etməliyəm".

Qeyd edək ki, Artsrun Ohannisyan Qarabağda müharibə zamanı cəbhədəki vəziyyətlə bağlı erməni cəmiyyətinə mütəmadi olaraq yalan xəbərlər verib. Onun 9 noyabrda səhhəti kəskin şəkildə pisləşib və tibb mərkəzinə aparılıb. Ermənistanın 10 noyabr bəyanatını imzaladıqdan sonra vəzifəsindən istefa verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArtsrunOvannisyana  





Xəbər lenti