Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
  17 Noyabr 2020    Oxunub:1626
“Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan uzunmüddətli dövlət siyasəti var”.
Azvision.az -ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumatına görə, bu fikir Avstraliya Xarici İşlər Nazirliyinin Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımova ünvanladığı cavab məktubunda bildirilib.

Məktubda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Avstraliyanın ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyi və müdaxilə etməyə çalışmadığı qeyd edilib.

“Münaqişə hərbi yolla deyil, tərəflər arasında danışıqlar vasitəsi ilə həll olunmalıdır. Xarici işlər nazirinin 1 oktyabr açıqlamasında “mübahisəli ərazilər"dən bəhs etməsi münaqişənin özünə istinad edir və Avstraliyanın mövqeyində hər hansı dəyişikliyi əks etdirmir”, - deyə məktubda vurğulanıb.

Qeyd edək, oktyabrın 2-də İmaməddin Qasımov Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması və ərazi bütövlüyünün tanınması ilə bağlı Avstraliya hökumətinə müraciət edib.

Azvision.az



Teqlər: Azərbaycan   Diaspora  





Xəbər lenti