Türkiyədə yeni qadağalar tətbiq olundu

 Türkiyədə yeni qadağalar tətbiq olundu
  18 Noyabr 2020    Oxunub:2651
Türkiyədə koronavirus riskini azaltmaq üçün yeni qadağalar qəbul olunub.
Azvision.az xəbər verir ki, hökumətin qərarı ilə şənbə-bazar günləri tədarük və istehsalat sahələrində çalışanlar istisna olmaqla digər vətəndaşlar üçün saat 10.00-dan 20.00-dək evdən çıxmağa məhdudiyyət tətbiq ediləcək.

Bundan əlavə, kinoteatrlar və teatrlar ilin sonunadək bağlı olacaq. Ticarət mərkəzləri, market, restoran, bərbərxana kimi xidmət yerlərinin fəaliyyətinə saat 10.00-dan 20.00-dək icazə veriləcək.

Yeni qərara əsasən, 65 və yuxarı yaş həddi üçün tətbiq olunan qadağalar 20 yaşdan aşağı olan şəxslərə də şamil ediləcək.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti