Koronavirusa yoluxanların sayı 56 milyona çatır

Koronavirusa yoluxanların sayı 56 milyona çatır
  18 Noyabr 2020    Oxunub:1479
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 55 milyon 943 min 189 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 343 min 379 nəfərdir. İndiyədək 38 milyon 963 min 254 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti