Arayikin mühafizəçiləri cəbhəyə getməkdən qorxurmuş

Arayikin mühafizəçiləri cəbhəyə getməkdən qorxurmuş
  18 Noyabr 2020    Oxunub:2532
Ermənistanda kapitulyasiyadan sonra baş nazir Nikol Paşinyanla yanaşı, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan da arzuolunmaz şəxsə çevrilib.
Azvision.az xəbər verir ki, "Hraparak" qəzeti Arutyunyan haqqında ilginc faktlar yayıb.

Qəzetin dərc etdiyi məqalədə qeyd edilir ki, separatçı lider xainləri axtarmaqla məşğuldur. O, ardıcıl olaraq həlledici məqamda bir çox insanın cəbhə xəttini tərk etdiyini deyərək, bununla hərbi-siyasi rəhbərliyin məğlubiyyətinə haqq qazandırmağa çalışıb:

“Hətta Arutyunyanın şəxsi mühafizəsinin bəzi üzvləri də “rəhbər”lə cəbhə bölgəsinə getməkdən imtina ediblər. Baş prokurorun yeni təyin edilən iki müavini müharibə zamanı Qarabağı tərk edib və Arayik Arutyunyanın bu yaxınlarda onları vəzifələrindən azad etməsinin səbəbi də məhz budur. Ümumiyyətlə, Ermənistan idarəetmə böhranı yaşadığı kimi, “Artsax” (Qarabağ-red.) da yaşadı.

Bəzi dövlət məmurları müharibə vaxtı Ermənistana qaçdığı üçün Arayik onları işdən qovdu. Bəziləri isə müharibədən sonra etiraz əlaməti olaraq qovuldu. Onların arasında "Milli Təhlükəsizlik Şurasının" rəhbəri Samvel Babayan da var".

Tural Tağıyev
Azvision.az


Teqlər: Arayik   Paşinyan   Qarabağ  





Xəbər lenti