Paşinyan məmurların 80 faizini istefaya göndərir

Paşinyan məmurların 80 faizini istefaya göndərir
  18 Noyabr 2020    Oxunub:2225
Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Joğovurd” məlumat yayıb.

Qeyd edilir ki, Paşinyan komandasının yarıdan çoxunu istefaya göndərmək niyyətindədir: “Hakim partiya nazirləri də istefaya göndərəcək. Bu səbəbdən vəzifədən gedəcək məmurların yerinə yeni kadrlar axtarılır”.

Nəşr, həmçinin yazır ki, ilk olaraq əmək və sosial məsələlər naziri Zarui Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan və onun müavinləri işdən çıxarılacaq.

“Rəhbərlik belə qənaətə gəlib ki, əsas dövlət məmurları, xüsusən də hökumətin üzvləri müharibə zamanı fəaliyyətsiz görünüblər və ona görə də vəzifədən getməlidirlər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   İstefa  



Xəbər lenti