Erməni deputatlar linç edilməkdən qorxurlar

 Erməni deputatlar linç edilməkdən qorxurlar
  18 Noyabr 2020    Oxunub:1810
Ermənistanda hakim “Mənim addımım” blokunun bəzi deputatları öz təhlükəsizliklərindən ciddi şəkildə narahatdırlar.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qeyd edilib ki, Qarabağdakı müharibənin nəticəsi və Ermənistan hakimiyyətinin hərəkətlərindən xalqın narazılığının artması fonunda hakim fraksiyanın deputatları linç edilməkdən qorxurlar. Bu səbəbdən bəzi deputatlar özlərinin xidməti avtomobillərindən imtina ediblər və tanış olmayan nömrəli şəxsi avtomobillərlə hərəkət edirlər.

Hakim qüvvələrin bəzi nümayəndələri təhlükəsizliklərinin təmini üçün baş nazir Nikol Paşinyana müraciət edib. Yaxın günlərdə hökumətin həmin parlamentarilərin mühafizəsi üçün xüsusi qərar verəcəyi istisna olunmur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti