Ermənistan müxalifəti parlamentin iclasını boykot etdi

Ermənistan müxalifəti parlamentin iclasını boykot etdi
  18 Noyabr 2020    Oxunub:2123
"Parlaq Ermənistan" və "Çiçəklənən Ermənistan" fraksiyalarının deputatları parlamentin iclasını boykot edib.
Azvision.az xəbər verir ki, Ermənistan parlamentinin bugünkü iclasına yalnız "Mənim addımım" blokunun deputatları qatılıb. Müxalifətin iştirak etməməsinə baxmayaraq, hakim blokun üzvləri gündəlikdəki məsələlərin müzakirəsinə başlayıb.

Müxalifət baş nazir Nikol Paşinyan tərəfindən imzalanan Qarabağa dair üçtərəfli bəyanatın dərhal müzakirə olunmasını tələb edir.

Xatırladaq ki, 10 noyabrdan bəri Ermənistanda baş nazirin istefası tələbilə etiraz aksiyaları keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: boykot  





Xəbər lenti