Sarkisyanın arvadı ağır vəziyyətdə Almaniyaya aparıldı

 Sarkisyanın arvadı ağır vəziyyətdə Almaniyaya aparıldı
  18 Noyabr 2020    Oxunub:4356
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan müalicə üçün xaricə aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə onun müalicə aldığı xəstəxananın direktoru Anatoli Qnuni bildirib.

"Xaricdə müalicə barədə qərar yaxınlarının istəyi ilə verildi. Onun vəziyyəti ağır idi”, - həkim deyib.

Məlumata görə, R.Sarkisyan koronavirus infeksiyasına yoluxub. Onun Almaniyadakı tibb mərkəzlərindən birinə aparıldığı qeyd edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti