Şarmazanova ittiham elan edildi

Şarmazanova ittiham elan edildi
  18 Noyabr 2020    Oxunub:1977
Ermənistan parlamenti sədrinin keçmiş müavini, Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov yenidən Xüsusi İstintaq Xidmətinə çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Şarmazanov “Facebook” hesabında yazıb.

Ona qanunu pozaraq kütləvi yığıncaqların təşkili və keçirilməsi üzrə ittiham elan edilib. Şarmazanov ittihamı qəbul etmir və ifadə verməkdən boyun qaçırıb.

Qeyd edək ki, siyasətçi ötən həftə saxlanılıb. Ertəsi gün isə sərbəst buraxılıb. Artıq bir neçə gündür ki, İrəvanda baş nazir Nikol Paşinyanın istefası və Dağlıq Qarabağla bağlı son razılaşmaların ləğvi tələbi ilə müxalifətin mitinqləri keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan   Ermənistan  





Xəbər lenti