Ermənistan bu gün daha 81 itkisini açıqladı

 Ermənistan bu gün daha 81 itkisini açıqladı
  18 Noyabr 2020    Oxunub:2302
Ermənistan tərəfi üçtərəfli razılaşmadan əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 81 hərbçisinin adını açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1586-ya çatıb.

Real faktlar təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Qarabağ separatçılarının lideri Arayik Arutyunyan döyüşlər vaxtı hər gün azı 100 itki verdiklərini etiraf etmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti