Almaniya səfiri Avropa Şurasına sədrliyin prioritetlərini açıqladı

Almaniya səfiri Avropa Şurasına sədrliyin prioritetlərini açıqladı
  18 Noyabr 2020    Oxunub:1790
Almaniya 18 noyabr 2020 - 21 may 2021-ci il tarixlərində Avropa Şurası Nazirlər Komitəsinə növbəli sədrlik edir. Avropa Şurasının 47 üzvünün olduğunu nəzərə alaraq hər bir ölkə bu vəzifəni yalnız 23,5 ildən bir yerinə yetirir.
Azvision.az xəbər vereir ki, bunu Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq müraciətində deyib.

Səfir vurğulayıb ki, Avropa İttifaqı Şurasına və Avropa Şurasına sədrliyinin üst-üstə düşməsi çox nadir bir haldır.

“Lakin Almaniya belə bir vəziyyətdədir. Biz koronavirus pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq yalnız idarə etmək deyil, həm formalaşdırma işləri ilə məşgul olmaq istərdik”.

O, ölkəsinin Avropa Şurasına sədrliyinin prioritetlərini açıqlayıb:

“Prioritetlər bunlardır: çoxtərəfliliyin və qaydalara əsaslanan nizamın gücləndirilməsi. Beynəlxalq təşkilatlar 20-ci əsrin dağıdıcı dünya müharibələrinin nəticəsidir. Bu fəlakətlərin bir daha təkrar olunmaması üçün onları gücləndirmək istəyirik.

Biz Avropanı dünyanın ən yüksək insan hüquqları standartlarına malik bir məkan kimi qorumaq və genişləndirmək istəyirik. İnsanlar əmin olmalıdırlar ki, onları eşidirlər; küçədə hökumətlə qarşıdurma axtarmağa ehtiyac yoxdur, əksinə, onlar azad və ədalətli seçkilərdə iştirak edir. İnsanlar əmin olmalıdır ki, məhkəmə sistemi şəffaf və etibarlıdır. Avropa Şurası Venesiya Komissiyası ilə birlikdə dövlət qurumlarına yüksək səviyyəli məsləhətlərlər təklif edir, Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurası üzv dövlətlərinin vətəndaşlarının əsas azadlıqları üçün ən yüksək instansıyadır və 200-dən çox konvensiya ilə çoxsaylı hüquqi məsələləri tənzimləyir.

Bu səbəbdən Almaniya Azərbaycanda da Avropa Şurasının qurumları ilə birlikdə Azərbaycan hökumətinə məhkəmə islahatı və qanunun aliliyinin gücləndirilməsində dəstək verəcəkdir (məsələn, hüquqşünasların hazırlanması, korrupsiyaya qarşı mübarizə üçün yaxşı inzibati təcrübə). Məqsəd, Avropa İnsan Hüquqları Məhkəməsinin gözlənilən və icra edilməmiş qərarlarının sayını azaltmaqdır. Süni intellekt böyük bir imkandır, eyni zamanda böyük bir riskdir. İnternetdə nifrət ritorikası və konspirologiya miflərini gücləndirən "filtr balonu" və bununla da insanlar və xalqlar arasında yaradılan düşmənçilik bütün Avropa İttifaqı üzv dövlətlərini çox narahat edir. Burada biz Azərbaycanla bir fikirdəyik ki, bu sahədə birgə səylər göstərməliyik.

Avropa Şurası II Dünya Müharibəsindən sonra Avropanın ilk təşkilatlarından biridir. O, özaktuallığını itirməyib. Gələcəkdə Avropada necə birlikdə yaşamaq istəyimiz bizdən sonra Avropanın varisləri olacaq gənclərdən asılıdır. Qafqaz bölgəsi bunun üçün təcrübə sahələrindən biridir: əgər gənc nəsil iqlim dəyişikliyi, qeyri-sosial şəbəkələrdə sosial təcrid, təhlükəli iş şəraiti, məişət zorakılığı və qadınlara qarşı zorakılıq kimi problemlərə qarşı birləşməyi bacarırsa, o zaman Azərbaycan və Ermənistanı böyük bir gələcək gözləyir. “Sən Avropasan!” şuarı altında biz gənc insanları bir araya gətirmək və onları 21-ci əsrin tələbləri və çətinliklərinə hazırlamalıyıq”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya   Səfir  





Xəbər lenti