“Vəziyyətdən yeganə çıxış yolu Paşinyanın istefasıdır” - Erməni deputat

“Vəziyyətdən yeganə çıxış yolu Paşinyanın istefasıdır” -  Erməni deputat
  18 Noyabr 2020    Oxunub:1832
“Parlaq Ermənistan” fraksiyasının katibi, deputat Gevorq Gorqisyan baş nazir Nikol Paşinanı istefaya çağırıb.
Azvision.az xəbər verir ki, erməni deputat Paşinyanın vəziyyəti düzəldəcəyinə ümid etmədiyini deyib.

“Düşünürəm ki, onun artıq Ermənistanın siyasət meydanında işi yoxdur. Hazırkı vəziyyətdən yeganə çıxış yolu Nikolun baş nazir postunu tərk etməsidir, bundan sonra milli saziş hökuməti qurulmalı və bir müddət sonra növbədənkənar parlament seçkiləri keçirilməlidir. Nə edəcəyimizi və necə edəcəyimizi, fərqli ssenariləri müzakirə edirik. Amma aydın məsələdir ki, Ermənistanın irəli getməsini istəyiriksə, Paşinyan getməlidir. Məğlub liderlə Ermənistanın böhrandan çıxmaq şansı yoxdur", - deyə erməni deputat vurğulayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti