Movses Akobyan da istefa verdi

Movses Akobyan da istefa verdi
  18 Noyabr 2020    Oxunub:3262
Ermənistanın müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi Movses Akobyan istefa ərizəsi yazıb.
Azvision.az xəbər verir ki, Akobyan məlumatı təsdiqləyib, yaxın vaxtlarda keçirəcəyi mətbuat konfransında istefa səbəbini açıqlayacağını bildirib.

Xatırladaq ki, Movses Akobyan ötən il mayın 24-də baş nazir Nikol Paşinyanın qərarı ilə baş hərbi müfəttiş təyin edilmişdi. Bundan əvvəl silahlı qüvvələrin baş qərargah rəisi, həmçinin, Qarabağdakı separatçı rejimin “müdafiə naziri” olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MovsesAkobyan  



Xəbər lenti