Ermənilər Ağdərənin 7 kəndindən çıxarılır

 Ermənilər Ağdərənin 7 kəndindən çıxarılır
  18 Noyabr 2020    Oxunub:3113
Ermənilər Ağdərə rayonunun 7 kəndindən çıxarılır.
Azvision.az erməni KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı qərar qəbul edilib.

Bunlar Nor Maraqa, Nor Ayqestan, Nor Seysulan, Nor Akacur, Nor Karmiravan, Ovtaşen və Nor Caraberd kəndləridir.

Məlumata görə, həmin kəndlərdə 2 min nəfər yaşayır və onlar müvəqqəti olaraq Ağdərənin digər ərazilərinə yerləşdiriləcək.

Qeyd edilib ki, adları çəkilən yaşayış məntəqələri münaqişə öncəsi inzibati bölgüyə əsasən Ağdamın tabeliyində olub.

Xatırladaq ki, ermənilərə köçmək üçün 19 noyabradək vaxt verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ağdərə  





Xəbər lenti