Ermənistan XİN-ə yeni rəhbər təyin edildi

 Ermənistan XİN-ə yeni rəhbər təyin edildi
  18 Noyabr 2020    Oxunub:3437
Ara Ayvazyan Ermənistanın xarici işlər naziri təyin olunub.
Azvision.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb.

Ayvazyan bundan əvvəl Ermənistanın Litva, Latviya və Estoniyada səfiri vəzifəsində çalışıb. Daha sonra Ermənistanın Meksika, Kosta-Rika, Kuba, Honduras, Qvatemala və Panamada səfiri olub. Ermənistan prezidentinin fərmanı ilə A. Ayvazyan İrəvana çağırılıb. Bu il oktyabrın 16-da baş nazir Nikol Paşinyan A. Ayvazyanı xarici işlər nazirinin müavini təyin edib.

Xatırladaq ki, iki gün öncə Ermənistanın XİN başçısı olmuş Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.

Azvision.az


Teqlər: Ermənistan   XİN  





Xəbər lenti