Lavrov həmsədrlərlə Qarabağdakı vəziyyəti müzakirə edib

  Lavrov həmsədrlərlə Qarabağdakı vəziyyəti müzakirə edib
  19 Noyabr 2020    Oxunub:1892
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatdan sonra bölgədəki vəziyyət müzakirə olunub, vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Lavrov   Qarabağ  





Xəbər lenti