Məktubda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabağla bağlı məcburi kompasımız olaraq qalmalıdır. Üstəlik bu, son onilliklər boyunca fransız diplomatiyasının dəyişməz mövqeyi olub.
Fransa Sosialist Partiyasının Milli Bürosunda Dağlıq Qarabağda vəziyyətlə bağlı mətnə etiraz edən Jerom Lamber fransız siyasətçilərini bir qrup ifratçı erməninin diktəsi ilə oturub-durmamağa, hər hansı bir qərara qəbul edərkən diqqətli olmağa və onun nəticələri haqqında düşünməyə səsləyib. O, eyni zamanda, həmkarlarının Dağlıq Qarabağla bağlı səsləndirikləri fikirlərin Fransanın qəbul etdiyi beynəlxalq və ikitərəfli öhdəliklərə tamamilə zidd olduğunu, eləcə də beynəlxalq hüququn bir neçə prinsipini, xüsusilə sərhədlərin toxunulmazlığı prinsipini pozduğunu diqqətə çatdırıb.
Ruslar Avropada ən çox Fransaya qaz satırlar |
O, həmçinin diqqətə çatdırıb ki, Fransa beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə əməl etməli və hətta nüfuzlu erməni mənşəli fransız icmasının təzyiqləri altında olsa da, medianı təhdid etməməli, müvafiq qurumlara, eləcə də seçilmiş məmurlara təzyiq göstərməməlidir.
“Ailə üzvlərimə ölüm hədələri də daxil olmaqla, minlərlə təhqir və təhdid mesajları alıram. Bütün bu təhqir və hədələr mənə Fransa diplomatiyasının mövqeyini xatırlatmaqdan çəkindirmək üçün ünvanlanır”, - deyə J. Lamber yazıb. Vurğulayıb ki, bəzilərinin seçki dairələrində erməni icması ilə əlaqələrini bilsək də, Sosialist Partiyası beynəlxalq hüquqa məhəl qoymadan daim millətçi çıxışlar edən ermənilər tərəfindən ələ keçirilməməlidir.
“Dünyanın bu bölgəsində və digər bölgələrində Fransanın layiqli diplomatik mövqe tutmasını istəyiriksə, əslində çox ifratçı erməni qrupunun diktə etdiyi nöqteyi-nəzərləri qəbul etməməli və buna diqqət yetirməliyik. Əgər atəşkəs istəmiriksə, onun yerinə nə istəyirik?! Əbədi müharibəmi?”, - deyə J. Lamber həmkarlarına səslənib və onları beynəlxalq hüquq çərçivəsində regiondakı insanlar üçün sülh və firavanlığı təmin etməyə çağırıb.
Azvision.az