Moskvada COVID-19 qurbanlarının sayı yenə artdı

Moskvada COVID-19 qurbanlarının sayı yenə artdı
  19 Noyabr 2020    Oxunub:1497
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 73 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 8082 nəfərə çatıb.

Moskvada indiyədək 526 630 yoluxma qeydə alınıb, 382 634 pasiyent xəstəliyə qalib gəlib.

Azvision.az


Teqlər: Moskva   Koronavirus  





Xəbər lenti