Türkiyə ordusunun iki əsgəri həlak olub

Türkiyə ordusunun iki əsgəri həlak olub
  19 Noyabr 2020    Oxunub:1344
Türkiyə ordusunun iki əsgəri həlak olub, biri yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında "Pəncə-Kaplan" əməliyyatı bölgəsində baş vermiş avtomobil qəzasında əsgərlərdən biri hadisə yerində dünyasını dəyişib, yaralanmış digər iki əsgər xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, yaralı əsgərlərdən biri xəstəxanada vəfat edib.

Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti