Qaniçən erməni general öldü

 Qaniçən erməni general öldü
  19 Noyabr 2020    Oxunub:2584
Ermənistan müdafiə nazirinin sabiq müavini, keçmiş deputat, milli qəhrəman Manvel Qriqoryan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 64 yaşlı erməni generalın ağır xəstəlikdən öldüyü bildirilir.

Xatırladaq ki, general Qriqoryan 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri olub. O, birinci Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıya vəhşicəsinə işgəncə verən erməni canilərindən biri olub.

Qaniçən erməni general Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. 2014-cü ilin noyabrında Azadlıq radiosunun erməni bürosuna verdiyi müsahibəsində o, Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və “fəxrlə” bəyan etmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ManvelQriqoryan  





Xəbər lenti