Paşinyanın oğlu cinayətkar dəstə yaradıb

Paşinyanın oğlu cinayətkar dəstə yaradıb
  19 Noyabr 2020    Oxunub:4609
Tanınmış erməni vəkil Aleksandr Koçubaev özünün “Facebook” səhifəsində Ermənistanda ciddi rezonans doğuracaq status paylaşıb.

Azvision.az xəbər verir ki, vəkil baş nazir Paşinyanın oğlunun quldur dəstəsi saxlaması haqqında sensasion faktlar əldə etdiyinə eyham vurub.
“Serjo Xaratyan həbs olundu. Bəlkə zəif idim, bəlkə də mövcud durum daha güclü idi. Ancaq ən vacibi budur ki, bu bizi məhkəmə müharibəsinə aparır. Əvvəllər milli məsələlərlə məşğul idik, amma indi diqqətimizi cinayət işinə yönəldəcəyik. Çox ağır açıqlamalar olacaq. Dövlət qurumlarının dağıdılmasını təhrik edən və birbaşa həyata keçirən Paşinyanın oğlunun rəhbərlik etdiyi dəstəni aşkar etməyə başlayacağıq”, - deyən Aleksandr Koçuba baş nazir Nikol Paşinyanın oğlu Aşotun cinayətkar dəstəsi barədə əlavə açıqlamalar verəcəyini vurğulayıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti