Aİ-nin xarici işlər nazirləri Qarabağı müzakirə edəcək

 Aİ-nin xarici işlər nazirləri Qarabağı müzakirə edəcək
  19 Noyabr 2020    Oxunub:1702
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağdakı hadisələri nəzərdən keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

“Biz siyasi həll yolu tapmaq və Dağlıq Qarabağın son statusunu müəyyənləşdirmək üçün zəruri olan atəşkəsi alqışlayırıq. Avropa İttifaqı üzv dövlətlərindən biri - Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir və qurum bu münaqişənin həllində siyasi rol oynamaq istəyir. Bu, nazirlərin müzakirə mövzusu olacaq”, - deyə Aİ rəsmisi bildirib.

Xatırladaq ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda döyüşlərin dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı   Qarabağ  





Xəbər lenti