Çin Qarabağ razılaşmasını alqışladı

Çin Qarabağ razılaşmasını alqışladı
  19 Noyabr 2020    Oxunub:1772
Çin Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı alqışlayır.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər naziri Vanq Yi bildirib.

Nazir tərəflərin qısa müddətdə siyasi danışıqlara qayıdacağına, fikir ayrılıqlarını və mübahisələri sülh, dialoq və məsləhətləşmələr yolu ilə həll edəcəklərinə ümidvar olduğunu deyib.

"Rusiyanın aktiv vasitəçiliyi ilə Azərbaycan və Ermənistan 10 noyabrda atəşkəslə bağlı yeni konsensus əldə etdi. Çin bunu alqışlayır və yüksək qiymətləndirir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Qarabağ  





Xəbər lenti