Paşinyanın fraksiyası hərbi vəziyyətin ləğvinə qarşı çıxdı

Paşinyanın fraksiyası hərbi vəziyyətin ləğvinə qarşı çıxdı
  19 Noyabr 2020    Oxunub:1741
Ermənistanın hakim "Mənim addımım" fraksiyası hərbi vəziyyətin ləğvi üçün parlamentin fövqəladə iclasının keçirilməsinin əleyhinə çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə fraksiya nümayəndəsi, vitse-spiker Lena Nazaryan deyib.

Daha əvvəl "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" fraksiyaları hərbi vəziyyəti ləğv etmək məqsədi ilə parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsünü irəli sürüblər.

“Hərbi vəziyyət hökumət tərəfindən təklif edildi. Hökumətdən hərbi vəziyyətin ləğvinə dair heç bir siqnal almamışıq, bu səbəbdən parlamentin şura iclasında iştirak etməyəcəyik. Biz bunun əleyhinəyik ”, - deyə Nazaryan bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti