Rusiyalı polkovnik: “Postlarda vəziyyət sakitdir”

  Rusiyalı polkovnik:  “Postlarda vəziyyət sakitdir”
  19 Noyabr 2020    Oxunub:2808
Dağlıq Qarabağda atəşkəs rejiminə tam şəkildə əməl olunur.
Azvision.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Qarabağdakı sülhməramlı kontingentinin komandir müavini, polkovnik Aleksey Polyuxoviç bildirib.

Onun sözlərinə görə, sülhməramlı qüvvələrin postlarında vəziyyət qaydasındadır: "Dağlıq Qarabağ ərazisindəki atəşkəs rejiminə tam olaraq əməl edilir. Sülhməramlı kontingent vəzifələrini normal rejimdə yerinə yetirir. Postlarda vəziyyət sakitdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: sülhməramlı  



Xəbər lenti