“Yaydığımız məlumatların hamısı yalan idi” - Erməni general

“Yaydığımız məlumatların hamısı yalan idi” -  Erməni general
  19 Noyabr 2020    Oxunub:4734
Silahlı qüvvələrin informasiya mərkəzinin qarşısına qoyulan vəzifələrdən biri düşməni yanıltmaq idi. Yəni yalan məlumatların yayılması. Ancaq belə bir prinsip var: yalan məlumatlar 30%, qalanları doğru olmalıdır. Bizim yalan məlumatlarımız isə 100% idi.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirliyinin Hərbi nəzarət xidmətinin sabiq rəisi, general-leytenant Movses Akopyan deyib.

O bildirib ki, məhz buna görə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli sazişin imzalanmasını çoxları başa düşə bilmədi və hələ də başa düşmürlər.

Erməni generalın sözlərinə görə, 44 günlük müharibə zamanı ölkəni dərin böhrana qərq edən yalanlar yayıldı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MovsesAkopyan  



Xəbər lenti