Türkiyədə COVID-19 qadağaları yenidən qüvvəyə minir

  Türkiyədə COVID-19 qadağaları yenidən qüvvəyə minir
  19 Noyabr 2020    Oxunub:1505
Noyabrın 20-dən etibarən Türkiyədə COVID-19-la bağlı qadağalar yenidən qüvvəyə minəcək.
Qadağaların icrası ilə bağlı ölkənin aidiyyəti qurumlarına təlimatlar göndərilib.

Belə ki, Türkiyədə COVID-19-la bağlı qəbul olunan yeni qərara əsasən, həftə sonları ölkə ərazisində yerli vaxtla səhər saat 10:00-dan axşam 20:00-dən komendant saatı tətbiq olunacaq. Yeni fəaliyyətə başlayan ənənəvi təhsil sistemi ilin sonuna qədər onlayn qaydada davam edəcək.

Yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların evdən çıxmalarına müəyyən qaydalar çərçivəsində icazə veriləcək. Alış-veriş mərkəzləri, market, restoran, bərbərxana kimi ictimai iaşə obyektləri müəyyən qadağalara riayət etmək şərtilə saat 10:00-dan 20:00-dən fəaliyyət göstərəcək, kinoteatrlar isə bu ilin sonuna qədər bağlı qalacaq. Türkiyənin bütün şəhərlərinin küçə və prospektlərində tütün məmulatlarından istifadə qadağan olunub. Ölkənin bütün dövlət və özəl sektorlarında iş qrafiki məhdudlaşdırılacaq.

Xatırladaq ki, Türkiyə ərazisində COVID-19-a yoluxma və ölüm saylarında yenidən kəskin artım müşahidə olunur.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti