Paşinyan arvadını bunkerdən çıxaran generalı işdən qovdu

Paşinyan arvadını bunkerdən çıxaran generalı işdən qovdu
  19 Noyabr 2020    Oxunub:3670
Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan vəzifəsindən istefa verməsinin səbəbini açıqlayıb.
Azvision.az xəbər verir ki, erməni general jurnalistlərə açıqlmasında baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı maraqlı bir məqamı diqqətə çatdırıb.

Movses Akopyan deyib: “Anna Akopyan Samvel Babayanla birlikdə Ermənistanın Müdafiə Ordusunun komandanlıq postunun yerləşdiyi bunkerdə idi. Mən Akopyanın oradan çıxmasını xahiş etdim. Bundan sonra məni Ermənistan Müdafiə Nazirliyinə çağırdılar və Paşinyan tərəfindən “Artsax” (Qarabağ-red.) "Müdafiə Ordusunun" komanda məntəqəsinə gəlməyim qadağan olundu”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Akobyan  





Xəbər lenti