Ermənilər evi də özləri ilə aparır

 Ermənilər evi də özləri ilə aparır
  19 Noyabr 2020    Oxunub:3280
Azərbaycanın işğal edilmiş rayonlarından çıxarılan ermənilər evləri, meşələri, obyektləri yandırır, ağacları kəsir, tarixi abidələri belə söküb özləri ilə aparırlar.
Azvision.az xəbər verir ki, ermənilərin barbar hərəkətlərini sübut edən foto və videogörüntülər xarici KİV-lərdə geniş yayılıb.

Belə ki, “Associated Press”in yayımladığı fotolardan birində Azərbaycan torpaqlarını tərk edən erməninin yaşadığı evi maşına yükləyib özü ilə aparması əks olunub.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları dekabrın 1-dək işğalçılardan təmizlənəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti