İranda koronavirusdan ölənlərin sayı 43 mini keçdi

İranda koronavirusdan ölənlərin sayı 43 mini keçdi
  19 Noyabr 2020    Oxunub:2203
Son sutka ərzində İranda 13 min 223 nəfər koronavirusa yoluxub, 476 nəfər isə həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 815 min 117, yoluxaraq ölənlərin sayı isə 43 min 417-yə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 729 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 583 min 704 nəfər isə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  



Xəbər lenti