Erməni deputatın biabırçı görüntüsü yayıldı

Erməni deputatın biabırçı görüntüsü yayıldı
  20 Noyabr 2020    Oxunub:4020
Ermənistan parlamentinin "Mənim addımım" hakim fraksiyasının deputatı Ayk Sarkisyanın gecə klubundan yayılmış fotoları ölkədə ciddi tənqid olunmaqdadır.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, deputat əlində içki şüşəsi, yarıçılpaq qızlarla əylənərkən görüntülənib.

Görünür, ölkədəki müharibə, minlərlə qurban və fəlakət baş nazir Nikol Paşinyanın bəzi komanda yoldaşlarının əhval-ruhiyyəsinə və gündəlik həyatına təsir etməyib.

Yayılmış məlumatlara görə, Ayk Sarkisyan və dostu bu yaxınlarda parlamentin spikerinin kürsüsündə oturan etirazçını döyərək öldürüblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AykSarkisyan  





Xəbər lenti