PUA-sı uçmayan erməni nazir işdən qovulur

PUA-sı uçmayan erməni nazir işdən qovulur
  20 Noyabr 2020    Oxunub:2448
Yaxın vaxtlarda Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan istefaya göndəriləcək.
Azvision.az xəbər verir ki, bu barədə "Qraparak" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, nazir Ermənistanın pilotsuz uçan aparatlarının (PUA) sınaqlarında şəxsən iştirak etmək qərarına gəlib. O, Gorusda PUA-nın sınağını keçirmək üçün özü ilə çoxlu sayda adam aparıb.

Nazir PUA-nı kamera və insanların gözü qarşısında havaya qaldırsa da, bir neçə metr qalxdıqdan sonra aparat yerə düşüb.

Qəzet qeyd edib ki, naziri uğursuz PUA sınağına görə vəzifəsindən qovmaq istəyirlər. Bildirilib ki, A.Arşakyan artıq istefa ərizəsi yazıb və məsələ bir neçə günə öz həllini tapacaq.

Azvision.az


Teqlər: Ermənistan   PUA  





Xəbər lenti