Olimpiada başladı - VİDEO

Olimpiada başladı - VİDEO
  08 Fevral 2014    Oxunub:2109
AzVision.az Gazeta.ru-ya istinadən xəbər verir ki, artıq 30 dəqiqə bundaq qabaq Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

Soçi Olimpiya Oyunlarında yarışlar 11 idman infrastrukturunda təşkil olunacaq. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü "Fişt" Olimpiya stadionudur.

25 min könüllünün qatıldığı Olimpiadada 2 800-ə yaxın idmançı öz gücünü yoxlayacaq. Onlar yeddi idman növündə 98 dəst medal uğrunda mübarizə aparacaqlar. Paralimpiya Oyunlarında onlardan 26 dəst az medal öz sahibini tapacaqdır.

Bütövlükdə 88 ölkənin qatıldığı yarışa 3 milyarddan artıq tamaşaçının baxacağı gözlənilir.

Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunur. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışır.

Olimpiadanın rəsmi talismanı ağ ayı, dovşan və bəbirdir.

Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək.

Budəfəki Qış Olimpiadası Azərbaycan yığması üçün sayca beşincidir. Soçidə ölkəmizi 4 idmançı təmsil edir. Onlar idmanın iki növü üzrə yarışacaqlar. Kişilər arasında dağ-xizək idmanı yarışlarında Azərbaycanı Patrik Brahner və Sedrik Nots təmsil edəcəklər. Bundan əlavə, Yuliya Zlobina və Aleksey Sitnikov fiqurlu konkisürmənin idman rəqsləri növü üzrə yarışlarda Azərbaycanın bayrağı altında çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanım Mehriban Əliyeva da mərasimdə iştirak edirlər.




Teqlər:  





Xəbər lenti