Türkiyədə koronavirusdan ölüm sayı 12 mini ötdü

Türkiyədə koronavirusdan ölüm sayı 12 mini ötdü
  21 Noyabr 2020    Oxunub:1446
Türkiyədə son sutka ərzində 141 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 5103 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 12 084, virusa yoluxanlar isə 435 273 nəfərə çatıb.

Türkiyədə indiyədək 367 592 pasiyent (son sutkada 3019 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Tükriyə   Koronavirus  





Xəbər lenti