Ötən ay Naxçıvanda 41 nəfərə əmək pensiyası təyin olunub

Ötən ay Naxçıvanda 41 nəfərə əmək pensiyası təyin olunub
  21 Noyabr 2020    Oxunub:1778
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ay ərzində əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqqları hesabına müavinətlərin maliyyələşdirilməsini vaxtında başa çatdırıb.
Fonddan Azvision.az -a verilən məlumata görə, tələb olunan 15 milyon 159 min manat vəsait pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinə xərclənib. Əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.

Qanunvericiliyə uyğun olaraq pensiya hüququ yaranmış 41 vətəndaşa əmək pensiyası təyin olunub. Bunlardan 25-i yaşa görə, 3-ü əlilliyə görə, 13-ü isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub.

Həmçinin sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 193 ədəd ərizə forması elektron imza vasitəsilə sifariş verilib. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə Fondun xəzinə hesabına 10 milyon 137 min 700 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 24,5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 66,9 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti