“Paşinyan məndən yox, əsgər analarından qorxsun!”

 “Paşinyan məndən yox, əsgər analarından qorxsun!”
  21 Noyabr 2020    Oxunub:1897
"Çox sadə bir səbəbdən müxalifətin mitinqlərinə qatıla bilmirəm: aksiyanın başlamasından yarım saat əvvəl məni dindirməyə çağırdılar".
Azvision.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan bildirib.

“Onlar (Ermənistan hakimiyyəti - red.) ən çox Sarukyanın xalqla görüşməsindən qorxurlar. Ancaq Sarukyandan qorxmaq lazım deyil. Siyasətlərindən, biabırçı məğlubiyyətlərindən qorxmalıdırlar. Müharibədə iştirak etməyə və qələbə çalmağa cəhd edən bütün dünya ermənilərindən qorxmalıdırlar”, - Sarukyan deyib.

Müxalifət lideri əlavə edib ki, Ermənistan hakimiyyəti həm də müharibədə ölənlərin və itkin düşən əsgərlərin valideynlərindən qorxmalıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti