Gürcüstanda yoluxma sayı 100 mini keçib

Gürcüstanda yoluxma sayı 100 mini keçib
  21 Noyabr 2020    Oxunub:1450
Gürcüstanda son sutka ərzində daha 3824 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 100 684 -ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Bildirilib ki, bir gündə 33 nəfər COVID-19-dan ölüb. Bununla pandemiya qurbanlarının sayı 927-yə yüksəlib. İndiyədək 81 783 pasiyent sağalıb.

Hazırda 2128 nəfər karantin rejimində, 5976 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti