İranın XİN rəhbəri Ermənistana səfər edəcək

İranın XİN rəhbəri Ermənistana səfər edəcək
  21 Noyabr 2020    Oxunub:2904
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Ermənistana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Seyid Xatibzadə bildirib.

Onun sözlərinə görə, Zərifin Ermənistana səfəri nəzərdən keçirilir və onun yaxın gələcəkdə yeni təyin olunmuş erməni həmkarı Ara Ayvazyan ilə görüşü planlaşdırılır.

Səfər zamanı regional məsələlər və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacq.

Xatırladaq ki, Zərif gələn həftə Azəraycana, daha sonra Rusiyaya səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İran   Nazir   Səfər  



Xəbər lenti