Ermənistanda müxalifətin aksiyası başlayıb

Ermənistanda müxalifətin aksiyası başlayıb
  21 Noyabr 2020    Oxunub:2345
Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin mitinqi başlayıb.
Azvision.az xəbər verir ki, “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeqam Manukyan müxalif qüvvələrin Paşinyanın dərhal istefası tələbini irəli sürməkdə davam etdiyini bildirib.

“Məmurların dəyişdirilməsi diqqətimizi əsas tələbdən yayındırmayacaq - Nikol Paşinyan getməlidir", - deyə o, qeyd edib.

Manukyan hökumət başçısını polisin iştirakçılara kobud şəkildə güc tətbiq etməsində və represiyalarda günahlandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya   Müxalifət  



Xəbər lenti