Damir Muhetdinov: Ermənilər 63 məscidi dağıdıb
Qeyd edək ki, içərisində rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri olan bir qrup rusiyalı mədəniyyət xadimi UNESCO-ya müraciət ünvanlayaraq Dağlıq Qarabağ regionunun xristian mədəni, bədii və memarlıq irsinin abidələrinin Ümumdünya İrs Siyahısına daxil edilməsini xahiş edib.
“O ərazilərdə qondarma rejim olduğu onilliklər ərzində bölgədəki 67 məsciddən 63-ü dağıdılıb! Zərər görmüş tarixi və mədəni abidələrin sayı yüzlərlədir. Qarabağın yüzlərlə müsəlman abidəsinin başına gələn mədəni fəlakətə tamamilə məhəl qoyulmadan mülkiyyəti Alban-Udin kilsəsi tərəfindən mübahisə predmetinə çevrilən kilsələrin potensial məhv edilməsinə dair eyhamları həyasızlıq kimi qiymətləndirərdim”, - sədr müavini yazıb.
D.Muhetdinov vurğulayıb ki, obyektiv yanaşma ilə istənilən müşahidəçi Azərbaycanın özünü bütün dini ənənələrə eyni dərəcədə hörmət edən, çoxmədəniyyətli dövlət kimi göstərdiyini qeyd etməyə məcburdur: “Bakı dəfələrlə Dünya dini liderlərinin Sammitinin paytaxtı seçilib”.
Eyni zamanda, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini YUNESKO-nun Qarabağın tarixi irsinə diqqətini cəlb etmək faktını tamamilə düzgün hesab etdiyini söyləyib.
Azvision.az
Teqlər: YUNESKO Qarabağ Məscid







Vaxtında, Aydın, Lazımlı!


