Lavrov da Bakıya gəldi

Lavrov da Bakıya gəldi
  21 Noyabr 2020    Oxunub:2980
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun daxil olduğu Rusiya qurumlararası nümayəndə heyəti Bakıya gəlib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Lavrovdan başqa, nümayəndə heyətinə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko, Baş Nazirin müavini Aleksey Overçuk və digərləri daxildir.

Bir neçə saat əvvəl isə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti Bakı səfərindən öncə İrəvanda olub, Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lavrov   Bakı   Səfər  



Xəbər lenti