Moskvada koronavirusdan daha 75 nəfər öldü

Moskvada koronavirusdan daha 75 nəfər öldü
  22 Noyabr 2020    Oxunub:1663
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 75 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 8308 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada 74 nəfərin öldüyü açıqlanmışdı.

Azvision.az


Teqlər: Moskva   Koronavirus  





Xəbər lenti