Ermənistanda koronavirusdan ölüm sayı 2 minə çatır

Ermənistanda koronavirusdan ölüm sayı 2 minə çatır
  22 Noyabr 2020    Oxunub:2156
Ermənistanda son sutka ərzində 1385 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 126 224 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə daha 21 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1952-yə yüksəlib. İndiyə qədər 94 090 xəstə sağalıb.

Hazırda 29 681 nəfər müalicə alır. Aparılan testlərin ümumi sayı 487 088-dir.

Azvision.az


Teqlər: Ermənistan   virus   yoluxma  





Xəbər lenti