Rusiyada 25 minə yaxın yeni yoluxma qeydə alındı

Rusiyada 25 minə yaxın yeni yoluxma qeydə alındı
  22 Noyabr 2020    Oxunub:1944
Rusiyada son sutka ərzində koronavirusa 24 581 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 089 329 nəfərə çatıb.

Rusiyada son sutkada 467 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 36 179 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti