ABŞ-da Paşinyanın istefası tələbilə kampaniya başladı

   ABŞ-da Paşinyanın istefası tələbilə kampaniya başladı
  23 Noyabr 2020    Oxunub:2533
ABŞ-da yaşayan ermənilər Qarabağ döyüşlərindəki biabırçı məğlubiyyətdən sonra baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefası tələbi ilə imza toplamağa başlayıblar.
Azvision.az xəbər verir ki, belə bir təşəbbüslə ABŞ-da dərc olunan "Ayrenik" erməni nəşri çıxış edib.

"Ermənistan məhv olmaq astanasındadır. Baş nazirin və onun administrasiyasının istefası tələbi ilə imza toplamaq vaxtıdır", - deyə həftəlik nəşr ABŞ-dakı erməniləri Paşinyan əleyhinə kampaniyaya qoşulmağa çağırıb.

Azvision.az


Teqlər: ABŞ   Ermənistan   Paşinyan  





Xəbər lenti