Koronavirusa yoluxanların sayı 600 mindən çox artdı

Koronavirusa yoluxanların sayı 600 mindən çox artdı
  23 Noyabr 2020    Oxunub:2028
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı son sutka ərzində 604 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Qeyd olunub ki, ötən sutka 604 min 943 nəfərdə koronavirus aşkarlanıb, 9237 pasiyent dünyasını dəyişib.

Ümumilikdə isə indiyədək dünya ölkələri üzrə 58 milyon 865 min 521 nəfər virusa yoluxub, 1 milyon 392 min 54 nəfər həyatını itirib. 40 milyon 703 min 614 pasiyent isə xəstəliyə qalib gəlib.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti